Daha bir yığma dünya çempionatından imtina etdi
Komanda
- 18 yanvar, 2021
- 15:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Misirdə kişi həndbolçular arasında keçirilən dünya çempionatından imtina edən milli komandaların sayı 3-ə çatıb.
"Report" Beynəlxalq Həndbol Federasiyasının (IHF) rəsmi saytına istinadən xəbər verir ki, ABŞ və Çexiyadan sonra Kabo-Verde yığması da turnirdəki iştirakını dayandırıb.
Buna komandanın heyətində koronavirusa kütləvi yoluxma səbəb olub. A qrupunda mübarizə aparan və ilkin mərhələnin birinci oyununda Macarıstana 27:34 hesabı ilə uduzan komanda Almaniyaya qarşı ikinci tur matçında 10 nəfər oyunçu tapa bilmədiyi üçün texniki məğlubiyyət alıb. Yığmanın nümayəndələri artıq IHF-ni turnirdən çıxmaları barədə məlumatlandırıblar.
Qeyd edək ki, dünya çempionatı yanvarın 31-dək davam edəcək.
Son xəbərlər
14:54
Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım çatdırılıb
Region
14:53
Koşta Avropa Mərkəzi Bankı üçün yeni rəhbərin axtarışına başlayır
Digər ölkələr
14:48
Foto
AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən edib
İnfrastruktur
14:46
Kristin Laqard Avropa Mərkəzi Bankının rəhbəri vəzifəsindən gedəcəyi tarixi açıqlayıb
Digər ölkələr
14:45
Foto
Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi üzrə yeni qaydalar müzakirə edilib
Maliyyə
14:45
Lekornyu: Fransa hökuməti etirazlardan sonra təhsil sahəsinə 1 milyard avro ayıracaq
Digər ölkələr
14:44
Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verib
Futbol
14:33
İspaniyada qatar maşinistləri tətil keçirirlər
Digər ölkələr
14:30
"Azərpambıq" ixrac gəlirlərini 61 %-dən çox artırıb
ASK