Yuxarı

Cüdoçumuz Rüstəm Orucov Türkiyədə qızıl medal qazanıb

Həmyerlimiz türk rəqibinə qalib gəlib

Bakı. 28 mart. REPORT.AZ/ Türkiyənin Samsun şəhərində keçirilən cüdo üzrə "Qran-pri" yarışında Azərbaycan təmsilçisi Rüstəm Orucov ölkəsinə qızıl medal qazandırıb.

"Report" xəbər verir ki, 73 kq. çəki dərəcəsində çıxış edən həmyerlimiz finalda Türkiyə təmsilçisi Hasan Vanlıoğluya ippon fəndi ilə qalib gəlib.

Qeyd edək ki, ötən gün Azərbaycan yığmasının digər üzvü Orxan Səfərov finalda məğlub olaraq gümüş medal ilə kifayətlənib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi