Yuxarı
    Bağlamaq

    Cüdoçularımız Avropa kubokunda 4 medal qazanıblar - FOTO

    Yarışın birinci günü Azərbaycan millisi üçün uğurlu olub

    Bakı. 28 may. REPORT.AZ/ Avstriyada gənclər arasında Avropa kubokuna start verilib. “Report”un məlumatına görə, yarışın birinci günü Azərbaycan millisi üçün uğurlu olub. Belə ki, gənc cüdoçularımız ilk gündə 4 medal qazanıblar.

    Natiq Qurbanlı (55 kq), Hidayət Heydərov (73 kq) qızıl, Kəramət Hüseynov (55 kq) və Murad Heydərli (60 kq) mötəbər turnirin bürünc medallarına sahib olublar.

    Digər təmsilçimiz Rüfət Tağızadə (60 kq) isə 5-ci olub.

    Qeyd edək ki, 33 ölkədən 511 idmançının (308 oğlan, 203 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 16 cüdoçu (14 oğlan, 2 qız ) ilə təmsil olunur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi