"Cüdo TV" Xorvatiyada tarixi uğura imza atan cüdoçulardan süjet hazırlayıb - VİDEO

"Cüdo TV" Xorvatiyada tarixi uğura imza atan cüdoçulardan süjet hazırlayıb - VİDEO Azərbaycan millisi dünya birinciliyində 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb
Komanda
23 Oktyabr , 2017 22:58
Cüdo TV Xorvatiyada tarixi uğura imza atan cüdoçulardan süjet hazırlayıb - VİDEO

Bakı. 23 oktyabr. REPORT.AZ/ Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənc cüdoçular arasında dünya birinciliyi keçirilib. Mötəbər yarışda Azərbaycan milli komandası 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq tarixi uğura imza atıb.

“Report” xəbər verir ki, ölkəmizi təmsil edən Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Zaqrebdə onların şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

Digər təmsilçilərimiz Natiq Qurbanlı (55 kq) və Kəramət Hüseynov (60 kq) gümüş dünya çempionatının gümüş medallarına sahib olublar.

Xanım cüdoçularımızdan Nəzakət Əzizova (52 kq) isə mötəbər yarışın bürünc medalını qazanıb.

Bununla da, millimiz kişilərin fərdi yarışlarında bütün rəqiblərindən daha yaxşı nəticə göstərərək birinci yeri tutub. Azərbaycan cüdoçuları Yaponiya, Rusiya, Gürcüstan, Braziliya, Almaniya, Özbəkistan, Türkiyə, Fransa, İtaliya və digər ölkələrin komandalarını qabaqlayıblar. Ümumi komanda hesabında isə gənclərimiz yalnız Yaponiyadan geri qalaraq 2-ci olublar.

Qeyd edək ki, 83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi