Çövkən üzrə Prezident Kubokunda ilk oyunlar keçirilib

Çövkən üzrə Prezident Kubokunda ilk oyunlar keçirilib Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə çövkən milli atüstü oyunu üzrə Prezident Kubokuna start verilib.
Komanda
18 Dekabr , 2021 12:13
Çövkən üzrə Prezident Kubokunda ilk oyunlar keçirilib

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə çövkən milli atüstü oyunu üzrə Prezident Kubokuna start verilib.

Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, 8-ci dəfə təşkil olunan turnirdə bu dəfə yalnız DNT təhlili vasitəsilə valideyn mənsubiyyəti müəyyən edilmiş milli cins atlardan istifadəyə icazə verilir. Bu şərtlərə əməl edən 6 komandanın iştirakı ilə keçiriləcək yarışlarda ümumilikdə 10 oyun keçiriləcək.

Püşkün nəticələrinə əsasən, 3 güc səbətindən eyni reytinqə sahib olan komandalar iki qrupa bölünüb. A Qrupunda “Sərhədçi”, “Buta Qolden” və “Köhlən”, B Qrupunda “Polad”, “Murad” və “Omar” komandaları yer alıb.

Kubokun açılış gününün ilk oyununda “Buta Qolden” komandası rəqibi “Köhlən” komandası üzərində 9:0 hesablı qalibiyyət əldə edib. İkinci görüşdə “Murad” “Omar”ı yenib - 2:1.

Qeyd edək ki, turnir dekabrın 18-də və 20-də qrup oyunları, dekabrın 22-də və 24-də yarımfinal və final mərhələləri ilə davam edəcək. Qrup və yarımfinal mərhələsinin oyunları Bakı Dövlət Cıdır Meydanı ərazisində, final görüşü isə Binə Atçılıq Mərkəzi ərazisində, açıq havada və tamaşaçıların iştirakı olmadan keçiriləcək.

Son xəbərlər

Orphus sistemi