Çövkən milli atüstü oyunu üzrə “Şuşa Kuboku”nun qalibi bəlli olub

Çövkən milli atüstü oyunu üzrə “Şuşa Kuboku”nun qalibi bəlli olub Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən milli atüstü oyunu üzrə “Şuşa Kuboku”nun final görüşü keçirilib. "Report"un məlumatına görə, həlledici qarşılaşmada “Buta Golden”
Komanda
6 Avqust , 2022 10:53
Çövkən milli atüstü oyunu üzrə “Şuşa Kuboku”nun qalibi bəlli olub

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən milli atüstü oyunu üzrə “Şuşa Kuboku”nun final görüşü keçirilib.

"Report"un məlumatına görə, həlledici qarşılaşmada “Buta Golden” və “Polad” komandaları üz-üzə gəlib.

Oyundan öncə "Odlar Yurdu" şousu tamaşaçılara nümayiş etdirilib. Daha sonra görüş start götürüb.

"Polad" komandası ilk hissəni 1:0 öndə bitirib. İkinci hissəyə də "Polad" yaxşı başlayaraq, fərqi ikiyə çatdırıb. Matçın sonlarında "Buta" təsəlli qolu vurub. Beləliklə, "Polad" 2:1 hesablı qələbə sayəsində "Şuşa Kuboku"nun qalibi olub.

Oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Qalib komandaya qızıl medal və kubok, 2-ci və 3-cü yeri tutan komandalara isə müvafiq olaraq gümüş və bürünc medallar təqdim olunub. Mükafatları ARAF prezidenti Elçin Quliyev təqdim edib. E.Quliyev bildirib ki, qalib komandaya 10 000 manat, finalçıya 7 000 manat və bürünc medalçıya 4 000 manat pul mükafatı da veriləcək.

Qeyd edək ki, qrup oyunları nəticəsində 3 güc səbətindən eyni reytinqə malik komandalar arasında A qrupunda yer alan “Sərhədçi Dilbaz” və “Polad” komandaları, B qrupundan isə “Buta Golden” və “Köhlən” komandaları yarımfinala vəsiqə qazanıb. Finala gedən yolda “Buta Golden” “Sərhədçi Dilbaz”a 5:3, “Polad” isə “Köhlən”ə 4:0 hesabı ilə qalib gəlib.

3-cü yer uğrunda görüşdə isə "Sərhədçi Dilbaz" "Köhlən"ə 5:0 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi