UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb.
“Report” xəbər verir ki, UEFA-nın rəsmi saytında açıqlanan siyahıya 4 qol daxil edilib.
Siyahıda İspaniyanın “Barselona” klubunun futbolçusu Luis Suaresin “İnter” (2:1) klubuna, “Ayaks” klubunun mərakeşli futbolçusu Hakim Ziyeşnin “Valensiya”ya (0:3), “Bavariya”nın yarımmüdafiəçisi Yozua Kimmixin “Tottenhem”ə (7:2) və “Liverpul”un oyunçusu Sadio Manenin “Zaltsburq”a (4:3) vurduğu qol yer alıb.
II turdakı çıxışlarına görə, ən yaxşı futbolçu adına Luis Suares (“Barselona”), Serj Qnabri (“Bavariya”), Əşrəf Hakimi (“Borussiya” (Dortmund), Bonaventur (Brügge) iddia edir.
Qeyd edək ki, qaliblər UEFA-nın saytına aparılan səsvermə ilə müəyyənləşəcək.