Bakı. 2 yanvar. REPORT.AZ/ Yanvarın 10-dan 21-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində çimərlik futbolu üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq.
"Report"-un AzərTAc-a istinadla verdiyi xəbərə görə, toplanış çərçivəsində millimiz BƏƏ və Macarıstan yığmaları ilə yoldaşlıq oyunu keçirəcək.
Toplanışa Zeynal Zeynalov, Orxan Məmmədov, Vaqif Şirinbəyov, Elçin Qasımov, Hikmət Bağırov, Rüfət Məmmədov, Asif Zeynalov, Emin Kürdov, Elvin Quliyev, Amid Nəzərov, Renat Sultanov, Vüsal İsmayılov, Sabir Allahquliyev, Ramil Əliyev və Namiq İsgəndərov dəvət olunublar.