​Çempionlar Liqası: “Azərreyl” qələbə qazanıb, “Lokomotiv” məğlub olub

​Çempionlar Liqası: “Azərreyl” qələbə qazanıb, “Lokomotiv” məğlub olub Azərbaycan klubları eyni qrupda mübarizə aparıb
Komanda
28 Oktyabr , 2015 23:00
​Çempionlar Liqası: “Azərreyl” qələbə qazanıb, “Lokomotiv” məğlub olub

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bu gün Bakının qadınlardan ibarət “Lokomotiv” voleybol klubu Çempionlar Liqasında ilk oyununa çıxıb.

"Report"un məlumatına görə, "dəmiryolçular" Rusiyada “Dinamo Kazan” kollektivinin qonağı olublar və qarşılaşma “Dinamo Kazan” komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Çempionlar Liqası yarışlarının “A” qrupunda “Lokomotiv”, “Azərreyl” (hər ikisi Azərbaycan), “Dinamo Kazan” (Rusiya) və Almaniyanın “Alyants Ştutqart” komandaları mübarizə aparır. Bu qrupda yer alan digər təmsilçimiz “Azərreyl” isə ilk görüşündə Almaniya təmsilçisindən üstün olub – 3:0.

Son xəbərlər

Orphus sistemi