Yuxarı

Cəmil Rüstəmxanlı: "Azəryol"un avrokuboklardan imtinası bu il üçün düzgün qərardır"

Klub prezidenti: Ölkəyə qayıtdıqdan sonra bunun səbəbləri haqda geniş açıqlama verəcəyəm

Bakı. 13 may. REPORT.AZ/ Azərbaycanın voleybolçu qadınlardan ibarət "Azəryol" klubu 2016-2017 mövsümündə Avropa Kuboklarında iştirakdan imtina edib. Bu barədə "Report"a klub prezidenti Cəmil Rüstəmxanlı məlumat verib.

Lakin o, konkret səbəb açıqlamayıb: "Bu il üçün düzgün qərar budur".

Bir həftəyədək Azərbaycanda olmayacağını deyən C.Rüstəmxanlı ətraflı açıqlamanı ölkəyə qayıtdıqdan sonra və ya klubun icraçı direktoru Yusif Atakişiyevin verə biləcəyini söyləyib.

Qeyd edək ki, "Azəryol" klubu ötən mövsüm CEV (Avropa Voleybol Konfederasiyası) Kubokunda yarımfinaladək irəliləməyi bacarıb. Klub Azərbaycan Super Liqasında 4-cü yeri tutub və yenə eyni turnirdə, hətta "Lokomotiv"in də imtinasından sonra Çempionlar Liqasında iştirak imkanı qazanıb. Lakin rəhbərlik bu şansdan yararlanmamağı məqsədəuyğun sayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi