Azərbaycan voleybol komandalarında məşqçi dəyişikliyi olacaq

Azərbaycan voleybol komandalarında məşqçi dəyişikliyi olacaq Azad Rəhimov: "Hədəf Tokio olimpiadasına lisenziya qazanmaqdır"
Komanda
12 Oktyabr , 2016 13:20
Azərbaycan voleybol komandalarında məşqçi dəyişikliyi olacaq

Bakı. 12 oktyabr. REPORT.AZ/ "2017-ci ildə Bakıda voleybol üzrə Avropa çempionatının final mərhələsi keçiriləcək. Yaxın vaxtlarda çempionatın püşkatma mərasimi keçiriləcək. Belə bir çox məsuliyyətli və mötəbər tədbirə ciddi şəkildə hazırlaşmalıyıq". 

"Report"un məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının (AVF) yeni prezidenti Cavid Qurbanov bu gün Milli Olimpiya Komitəsində keçirilən iclasdakı çıxışında deyib. Voleybolu zəruri, ancaq çox çətin idman növü kimi səciyyələndirən C.Qurbanov məşqçi və digər məsələlərlə bağlı dəyişikliklərin baş verəcəyini vurğulayıb. 

İclasda iştirak edən gənclər və idman naziri Azad Rəhimov C.Qurbanovun idmançıların, voleybolçuların yanında olduğunu, onlara dəstək verdiyini deyib: "Voleybolumuzun daha yüksək inkişafı hər birimizin arzusudur. Hədəfimiz komandamızın 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmasıdır".

Qeyd edək ki, Cavid Qurbanov bu gün AVF-nin prezidenti seçilib. O, Ziya Məmmədovu əvəzləyib. 

Son xəbərlər

Orphus sistemi