Yuxarı

Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb

Yarışın sonunda qaliblərə diplom, kubok və medallar təqdim olunub

Bakı. 8 fevral. REPORT.AZ/ Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə keçirilən IX buzadırmanma üzrə açıq Azərbaycan çempionatı başa çatıb.

"Report" xəbər verir ki, çempionatı Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) və Gənclər və İdman Nazirliyi birgə keçirib.

Çempionatda FAİREX-in prezidenti, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, eləcə də gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak edib.

İki gün davam edən yarış oğlanlar və qızlar arasında keçirilib. Çətinlik mərhələsi üzrə təsnifat-seçim yarışını müvəffəqiyyətlə keçən idmançılar növbəti yarımfinal mərhələsinə vəsiqə qazanıblar. Daha sonra çempionat final mərhələsi ilə davam edib. Yarışın sonunda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomu və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının kubok və medalları təqdim olunub.

Çempionatda oğlanlar arasında birinci yeri Rinat Rəhimxanov (Qafqaz İdman Klubu), ikinci yeri Ramay Rəhimxanov (Qafqaz İdman Klubu) tutub. Rauf Zeynalov (Delfin İdman Klubu) üçüncü olub. 

Qızlardan Leyla Əhmədova (Qafqaz İdman Klubu) ilk yerdə qərarlaşıb. Fidan Novruzova (Qərb Universteti İdman Klubu) ikinci olub. Süsən Əliyeva (Rock Stoun İdman Klubu) üçüncü yerdə qərarlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi