Yuxarı

​Bu gün futzal üzrə Avropa çempionatı start götürəcək

Azərbaycan futzalçıları sabah meydana çıxacaq

Bakı. 2 fevral. REPORT.AZ/ Bu gün Serbiyanın paytaxtı Belqradda futzal üzrə Avropa çempionatı start götürəcək. "Report"un məlumatına görə, ilk oyun günündə iki görüş keçiriləcək.

A qrupunda ev sahibi Serbiya Sloveniya yığmasına qarşı mübarizə aparacaq. B qrupunda isə İspaniya və Macarıstan komandaları üz-üzə gələcək.

Ertəsi gün C qrupunda Rusiya Qazaxıstanla qarşılaşacaq. D qrupunda mübarizə aparacaq Azərbaycan futzalçıları da Avropa çempionatında ilk oyuna fevralın 3-də çıxacaqlar. Rəqib İtaliya yığması olacaq. İkinci görüş isə ayın 5-i Çexiyaya qarşı keçiriləcək. Hər iki qarşılaşma yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00-da) başlayacaq.

Qrup mərhələsinə fevralın 7-də yekun vurulacaq. Avropa çempionatında 12 komanda 4 qrupda mübarizə aparacaq. Reqlamentə əsasən, hər qrupda ilk 2 yerin sahibi 1/4 finala yüksələcək.

Qeyd edək ki, Azərbaycan futbzalçılarının ən yaxşı nəticəsi 2010-cu ildə qeydə alınıb. Həmin turnirdə yığma 4-cü yeri tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi