"Böyük Dəbilqə" turnirində Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib 

"Böyük Dəbilqə" turnirində Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib  Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək "Böyük Dəbilqə" turnirində Azərbaycan cüdoçlarının rəqibləri müəyyənləşib.
Komanda
20 mart 2025 20:39
Böyük Dəbilqə turnirində Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib 

Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək "Böyük Dəbilqə" turnirində Azərbaycan cüdoçlarının rəqibləri müəyyənləşib.

"Report" xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən Elmar Qasımov (100 kq) yerli idmançı İmeda Qoqoladze ilə üz-üzə gələcək.

Azərbaycan yarışda 8 çəki dərəcəsində 11 cüdoçu (7 kişi, 4 qadın) ilə təmsil olunacaq.

Yarış sabah, Bakı vaxtı ilə saat 10:00-da başlayacaq.

Kişilər

60 kq
1/16 final
Murad Muradlı - Jaba Papinaşvili (Gürcüstan)

66 kq
1/16 final
Nazir Talıbov - Laşa Nadiradze (Gürcüstan)
Rəşad Yelkiyev - Luka Saqanelidze (Gürcüstan)

73 kq
1/32 final
Qədir Hüseynov - Viktor Sterpu (Moldova)
1/16 final
Rüfət Şövlətov - Alberto Qaytero (İspaniya) / Andres Sandoval (Kolumbiya) cütünün qalibi

81 kq
1/32 final
Məhərrəm İmamverdiyev - Yaniv Aqronov (İsrail)

100 kq
1/16 final
Elmar Qasımov - İmeda Qoqoladze (Gürcüstan)

Qadınlar

52 kq
1/8 final
Aydan Vəliyeva - Qal-od Tserentoqtox (Monqolustan)

57 kq
1/16 final
Fidan Əlizadə - Byanka Reys (Braziliya)

70 kq
1/16 final
Günel Həsənli - Kaya Şuster (Sloveniya)
Südabə Ağayeva - Qyoya Vetterli (İsveçrə)

Orphus sistemi