Bolqarıstan-Azərbaycanın futbol matçının stadionu müəyyənləşib

Bolqarıstan-Azərbaycanın futbol matçının stadionu müəyyənləşib Bolqarıstan-Azərbaycan qarşılaşması Sofiyadakı Vasili Levski adına Milli Stadionda keçiriləcək
Komanda
11 Sentyabr , 2015 22:36
Bolqarıstan-Azərbaycanın futbol matçının stadionu müəyyənləşib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bolqarıstan və Azərbaycanın futbol üzrə milli komandaları arasında keçiriləcək AVRO-2016-nın seçmə qrup matçının stadionu müəyyənləşib. "Report"un məlumatına görə, H qrupunda yer alan iki komandanın görüşü oktyabrın 13-də Sofiyadakı Vasili Levski adına Milli Stadionda təşkil olunacaq.

Cari seçmə tsikldə son tura təsadüf edəcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. 1953-cü ildə istifadəyə verilmiş arena 46300 tamaşaçı tutumuna malikdir. Bolqarıstan millisi əvvəlki ev oyunlarının hamısını məhz bu stadionda keçirib.

Qeyd edək ki, H qrupunda 8 turdan sonra Bolqarıstan millisi 8 xalla 4-cü, Azərbaycan yığması isə 6 xalla 5-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi