Beynəlxalq Çövkən Federasiyasının prezidenti: Bakıda çox möhtəşəm dünya çempionatı keçirildi

Beynəlxalq Çövkən Federasiyasının prezidenti: Bakıda çox möhtəşəm dünya çempionatı keçirildi Çox möhtəşəm çempionat keçirildi. Komandalar çox gözəl, fərqli oyun göstərdilər.
Komanda
16 İyun , 2024 17:19
Beynəlxalq Çövkən Federasiyasının prezidenti: Bakıda çox möhtəşəm dünya çempionatı keçirildi

Çox möhtəşəm çempionat keçirildi. Komandalar çox gözəl, fərqli oyun göstərdilər.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev Bakıda keçirilən dünya çempionatından sonra jurnalistlərə açıqlamasında deyib.

O, yarışın çox möhtəşəm təşkil olunduğunu deyib: "Bu ilk rəsmi dünya çempionatı idi, 10 komanda iştirak edirdi. Bütün ölkələri təbrik edirəm. Məni ən çox sevindirən həm atların, həm də idmançıların çempionatı zədəsiz başa vurmasıdır".

"Ayın 10-da və 11-də Beynəlxalq Çövkən Feserasiyasının növbədənkənar baş assambleyası keçirildi. Assambleyada beynəlxalq çövkən qaydaları təsdiqini tapdı. Eyni zamanda, 2025-ci ildə qitə çempionatlarının keçirilməsi təsdiqləndi. Növbəti ildə Afrikada, Avropada, Cənubi Amerikada bu cür yarışların keçirilməsinin şahidi olacağıq. 2026-cı ildə ikinci dünya çempionatı baş tutacaq. 2025-ci ildə Avropa çempionatı Polşada keçiriləcək", - B.Nəbiyev vurğulayıb.

Qeyd edək ki, iyunun 10-dan 16-na qədər Bakıda çövkən üzrə ilk rəsmi dünya çempionatı keçirilib. Binə Atçılıq Mərkəzində təşkil edilən yarışın qalibi Azərbaycan millisi olub.

Son xəbərlər

Orphus sistemi