Belçikanın qadın basketbol komandası İspaniya yığmasını məğlub edərək ilk dəfə Avropa çempionatının qalibi olub.
“Report” xəbər verir ki, qarşılaşma Lyublyanada baş tutub.
Görüş 64:58 hesabı ilə Belçika yığmasının xeyrinə başa çatıb. Həmin gün üçüncü yer uğrunda oyunda Fransa yığması Macarıstan komandasını 82:68 hesabı ilə məğlub edib.
Belçika millisi tarixdə ilk dəfə Avropa çempionu olub, İspaniya yığması bundan əvvəl dörd dəfə turnirin qalibi adını qazanıb.
Çempionat bu il Lyublyana və Tel-Əvivdə keçirilib.