Batut gimnastikası üzrə dünya çempionatı başa çatıb

Batut gimnastikası üzrə dünya çempionatı başa çatıb Bakıda təşkil olunan batut gimnastikası üzrə 35-ci dünya çempionatı başa çatıb.
Komanda
21 Noyabr , 2021 20:40
Batut gimnastikası üzrə dünya çempionatı başa çatıb

Bakıda təşkil olunan batut gimnastikası üzrə 35-ci dünya çempionatı başa çatıb.

“Report”un məlumatına görə, çempionata komandalar arasında çoxnövçülük yarışı ilə yekun vurulub.

Komandalar arasında çoxnövçülük yarışında rəqiblərini üstələyən Rusiya komandası birinci yerə yüksəlib. ABŞ millisi ikinci, Böyük Britaniya təmsilçiləri isə üçüncü olub.

Azərbaycan komandası dünya çempionatında 1 medal qazanıb - tamblinqçi Mixail Malkin gümüş medal qazanıb.

Yarışda 33 ölkədən 266 gimnast 51 medal uğrunda mübarizə aparıb. Onlardan 160-ı batut, 63-ü tamblinq, 43-ü isə ikili mini-batut yarışlarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi