Ümumtəhsil məktəblərinin oğlanlardan ibarət basketbol komandaları arasında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş birinciliyin qalibi bəlli olub.
"Report"un Naxçıvan bürosu xəbər verir ki, “Naxçıvan” və “Culfa” komandalarının final görüşündə 26:0 hesabı ilə qələbə qazanan birincilər yarışın baş mükafatına sahib çıxıblar.
Həlledici mərhələnin oyununda sonra ilk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr verilib. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov və Naxçıvan Basketbol Federasiyasının sədri Elbrus İsayev təqdim ediblər.
Qeyd edək ki, ötən gün “Ordubad” komandası üçüncü yer uğrunda görüşdə “Kəngərli”yə qalib gəlməklə bürünc medal qazanıb.