Naxçıvanda 100 illik yubileyə həsr olunmuş boks birinciliyi keçirilir
Fərdi
- 25 oktyabr, 2024
- 14:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş böyüklər və gənclər arasında boks birinciliyinə start verilib.
"Report"un Naxçıvan bürosu xəbər verir ki, yarış İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Naxçıvan Boks Federasiyası ilə birgə təşkil etdiyi yarışa şəhər və rayonlardan ümumilikdə 70-ə yaxın idmançı qatılıb. İştirakçılar olimpiya sistemi üzrə 12 çəki dərəcəsində mübarizə aparırlar.
Növbəti gün yarışın final görüşləri keçiriləcək. İlk üç yerin sahiblərinə nazirliyin diplom, medal və hədiyyələri təqdim olunacaq.
Son xəbərlər
09:17
U-23 dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi medal qazanıb
Fərdi
09:07
Foto
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Hadisə
09:03
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Xarici siyasət
09:00
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Futbol
08:46
ABŞ-də futbol matçı zamanı avtomobil izdihama çırpılıb, 11 nəfər xəsarət alıb
Digər ölkələr
08:25
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Digər ölkələr
08:00
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
Daxili siyasət
07:55
Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Digər ölkələr
07:05
Kanadada hərbi hissədə güclü yanğın baş verib, xəsarət alanlar var
Digər ölkələr