Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.
Komanda
26 Mart , 2023 18:09
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.

"Report"un məlumatına görə, finalda "Gəncə" və NTD klubları üz-üzə gəliblər. Sərhədçi İdman Mərkəzində keçirilən görüşün əsas vaxtı 85:85 hesabı ilə başa çatıb. Bu səbəbdən qarşılaşmada əlavə vaxt oynanılıb.

Yekunda 100:89 hesabı ilə qələbə qazanan gəncəlilər kuboka sahib çıxıblar.

Həlledici görüşün ən dəyərli basketbolçusu "Gəncə" komandasının oyun qurucusu Kollin Törner seçilib. O, həm də komandasının ən məhsuldar oyunçusu (38 xal, 13 ribaund) olub. NTD-nin heyətində isə Zak Hadson hamını qabaqlayıb 20 xal, 8 ribaund.

Mükafatlandırma mərasiminə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Basketbol Federasiyasının rəyasət heyətinin üzvləri Bəxtiyar Aslanbəyli, Simuzər Feyzullayeva, Elnur Əliyev və Vilayət Vəliyev də qatılıblar.

Kuboku "Gəncə" komandasının kapitanı Amil Həmzəyevə M. Vasileva təqdim edib.

Son xəbərlər

Orphus sistemi