​Bakının "Lokomotiv" klubu Avrokuboklarla vidalaşıb

​Bakının "Lokomotiv" klubu Avrokuboklarla vidalaşıb Komanda səfərdə İsveçrə "Volero"suna uduzub
Komanda
26 Fevral , 2016 01:17
​Bakının Lokomotiv klubu Avrokuboklarla vidalaşıb

Bakı. 26 fevral. REPORT.AZ/ Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsinə yekun vurulub.

"Report" xəbər verir ki, Azərbaycanın "Lokomotiv" klubu cavab qarşılaşmasında İsveçrə təmsilçisi "Volero"nun qonağı olub.

Qarşılaşma "Volero"nun 3-1 hesablı qələbəsiylə başa çatıb.

İlk setdə inamlı oyun nümayiş etdirən komandamız hissəni 25-21 hesabı ilə öz xeyrinə başa vursa da, növbəti setlərdə zəif təsir bağışlayaraq Avrokuboklarla vidalaşıb.

Bakıda baş tutan ilk görüş "Lokomotiv"in 3:2 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Azərbaycan yığmasının sabiq voleybolçusu Natalya Məmmədovanın da heyətində yer aldığı İsveçrə komandası 1/3 finalda Türkiyə "Vakıfbank"ı ilə üz-üzə gələcək.

Çempionlar Liqası, 1/6 final, cavab görüşü

"Volero" - "Lokomotiv" - 3:1 (21:25, 25:18, 25:14, 25:19)

Hakimlər: Nurper Özbar (Türkiyə), Sanya Mikloşiç (Sloveniya)

Sürix. "Saalsporthalle".

İlk görüş - 2:3

Son xəbərlər

Orphus sistemi