Bakıdakı 42-ci Ümumdünya Şahmat Olimpiadasında III turun görüşləri keçirilib

Bakıdakı 42-ci Ümumdünya Şahmat Olimpiadasında III turun görüşləri keçirilib Azərbaycan komandaları yenə fərqli rəqiblərlə görüşüblər
Komanda
4 Sentyabr , 2016 21:25
Bakıdakı 42-ci Ümumdünya Şahmat Olimpiadasında III turun görüşləri keçirilib

Bakı. 4 sentyabr. REPORT.AZ/ Bakıdakı 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün III turun görüşləri keçirilib.

"Report"un məlumatına görə, Azərbaycan komandaları yenə fərqli rəqiblərlə görüşüblər.

Kişilərin mübarizəsində Azərbaycan1 Macarıstanla, Azərbaycan3 Livana qalib gəlib. Ancaq ikinci yığma Belarusa uduzub.

Qadınların mübarizəsində rəqiblər müvafiq olaraq, Polşa, Almaniya və Qırğızıstan olublar. Burada da ikinci yığmadan fərqli birinci və üçüncü yığmalar qələbəyə sevinib.

Bununla da həm kişilərin, həm də qadınların mübarizəsində Azərbaycanın əsas komandaları ardıcıl 3-cü qələbələrini qazanaraq, liderlər qruplarında yerlərini möhkəmlədiblər.

Ümumdünya Şahmat Olimpiadası

III tur

Kişilər

Azərbaycan1 - Macarıstan - 3:1

Şəhriyar Məmmədyarov - Riçard Rapport - 1:0

Teymur Rəcəbov - Zoltan Almasi - 0:1

Rauf Məmmədov - Çaba Baloq - 1:0

Arkadi Naydiç - Benjamin Qledura - 1:0

Azərbaycan2 - Hindistan - 1:3

Vasif Durarbəyli - Pentala Harikrişna - 0,5:0,5

Nicat Abbasov - Başkaran Adhiban - 0:1

Ülvi Bacarani - Santoş Qujrati Vidit - 0:1

Qədir Hüseynov - Seturaman Panayappan Seturaman - 0,5:0,5

Azərbaycan3 - Livan - 4:0

Vüqar Əsədli - Fadi Eyd - 1:0

Nail Bəşirli - Amro Əl-Javiş - 1:0

Abdulla Qədimbəyli - Əli Əsmər - 1:0

Pərviz Qasımov - Mahmud Abduləziz - 1:0

Qadınlar

Polşa - Azərbaycan1 - 1,5:2,5

Monika Soçko - Zeynəb Məmmədyarova - 0:1

İolanta Zavadska - Günay Məmmədzadə - 0:1

Karina Şçepkovska-Horovska - Gülnar Məmmədova - 0,5:0,5

Klaudia Kulon - Aydan Höccətova - 1:0

Azərbaycan2 - Almaniya - 2:2

Türkan Məmmədyarova - Elizabet Pehts - 0,5:0,5

Xəyalə Abdulla - Marta Mixna - 0:1

Nərmin Xələfova - Melani Lubbe - 1:0

Ülviyyə Fətəliyeva - Yudit Fuxs - 0,5:0,5

Qırğızıstan - Azərbaycan3 - 0:4

Aleksandra Samaqanova - Nərmin Məmmədova - 0:1

Diana Omurbekova - Xanım Balacayeva - 0:1

Ayjan Alımbayqızı - Gövhər Beydullayeva - 0:1

Begimay Zairbekqızı - Ayan Allahverdiyeva - 0:1

Son xəbərlər

Orphus sistemi