Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan nümayəndə heyəti dekabrın 3-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində işə başlayacaq İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Növbədənkənar Baş Assambleyası və İcraiyyə Komitəsinin iclasına qatılacaq. "Report"un məlumatına görə, iki gün davam edəcək tədbirə Milli Olimpiya Komitəsinin (MOK) və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi və İHİF-in İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva, eləcə də MOK-un digər nümayəndələri qatılacaq.
Dekabrın 4-də İHİF-in iclası zamanı Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı görülən işlərin hesabatı veriləcək və İSG-2017-nin təqdimatı olacaq.