​Bakıda voleybol üzrə beynəlxalq seminar keçirilir

​Bakıda voleybol üzrə beynəlxalq seminar keçirilir Seminarda 31 məşqçi iştirak edir
Komanda
22 İyun , 2016 13:10
​Bakıda voleybol üzrə beynəlxalq seminar keçirilir

Bakı. 22 iyun. REPORT.AZ/ Bakıda Beynəlxalq Voleybol Federasiyasının II dərəcəli məşqçi seminarı işə başlayıb. Təşkilatçı Azərbaycan Voleybol Federasiyasından "Report"a verilən məlumata görə, seminara 31 məşqçi qatılıb.

13 xarici və 18 yerli mütəxəssisin iştirak etdiyi seminara türkiyəli Nejat Sancak rəhbərlik edir. Onlar dərslərlə yanaşı, 25-26 iyunda Azərbaycan və Yunanıstan yığmaları arasında keçiriləcək Avropa Liqasının yarımfinal oyunlarını canlı izləyəcəklər. Seminarın sonunda iştirakçı məşqçilər "Beynəlxalq Məşqçi sertifakı" almaq üçün imtahan verəcəklər.

Qeyd edək ki, seminar iyulun 2-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi