Yuxarı
    Bağlamaq

    Bakıda Beynəlxalq Cüdo Federasiyasının hakimlər və məşqçilər üçün seminarı keçirilib - VİDEO

    Beynəlxalq seminarın iştirakçıları Azərbaycan Cüdo Federasiyasının işini yüksək qiymətləndiriblər

    Bakı. 8 yanvar. REPORT.AZ/ Bakıda, Heydər Əliyev adına İdman Sarayında Beynəlxalq Cüdo Federasiyasının hakimlər və məşqçilər üçün seminarı keçirilib.

    Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, beynəlxalq seminarda dünyanın 99 ölkəsindən 370 nümayəndə iştirak edib.

    Seminarda Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev çıxış ediblər. İki gün ərzində paytaxtımızda təşkil olunan tədbirdə cüdo idman növünün yarış və hakimlik qaydalarında dəyişikliklərlə bağlı qərarlar qəbul olunub. Seminar iki hissə - nəzəri və praktiki hissədən ibarət olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi