Yuxarı

​Bakı 2019-cu il yay Universiadasını qəbul edə bilər

Azərbaycan paytaxtından başqa Universiadanı keçirməyə İtaliya və Türkmənistan da iddia edir

Bakı. 1 iyul. REPORT.AZ/ Bakı 2019-cu il yay Universiadasına ev sahibliyi etmək üçün namizədliyini irəli sürə bilər. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tələbə Birliyinın rəhbəri Oleq Matıtsin Beynəlxalq tələbə İdmanı Federasiyası İcraiyyə Komitəsinin iclasından sonra bildirib. Komitənin içlası Cənubi Koreyanın Kvancu şəhərində iyunun 30-dan iyulun 1-nə kimi baş tutub.

"Bu günə kimi Universiada-2019 keçirilməsi üçün bir neçə potensial namizəd ölkə nəzərdən keçirilib. Bunlar İtaliya, Türkmənistan və Azərbaycan paytaxtı Bakı şəhəridir", - Matıtsin bildirib.

"Qeyd etmək istəyirəm ki, hələ namizədlərlə bağlı heç bir son qərar qəbul olunmayıb. Mən adını çəkdiyim ölkələrdən Universiada-2019 keçirmək istəyini rəsmi qaydada heç kim təsdiqləməyib. Danışıqlar davam edir", - o, əlavə edib.

Matıtsinin sözlərinə görə, Universiada-2019 keçirmək arzusunda olan namizədlər noyabrda baş tutacaq Beynəlxalq tələbə İdmanı Federasiyası Baş assambeyasının toplantısında təqdim olunacaqlar.

Bakı iyunun 12-dən 28-dək ilk Avropa Oyunlarına ev sahibliyi edib. Universiada-2015 iyulun 4-dən 14-dək Cənubi Koreyanın Kvancu şəhərində keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi