"Bakı 2015"in bürünc mükafatçısı uzun ayaqlarına görə təyyarə salonundan kənarlaşdırılıb - VİDEO

"Bakı 2015"in bürünc mükafatçısı uzun ayaqlarına görə təyyarə salonundan kənarlaşdırılıb - VİDEO "Bakı 2015"in bürünc mükafatçısı uzun ayaqlarına görə təyyarə salonundan kənarlaşdırılıb
Komanda
16 Mart , 2017 09:52
Bakı 2015in bürünc mükafatçısı uzun ayaqlarına görə təyyarə salonundan kənarlaşdırılıb - VİDEO

Bakı. 16 mart. REPORT.AZ/ Rusiyanın "Fakel" klubunun voleybolçusu Aleksandr Kimerov Samara - Moskva aviareysindən kənarlaşdırılıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, insident 215 sm boya malik idmançının ona uçuş üçün ayrılmış kresloya yerləşə bilməməsi səbəb olub. Qəza çıxışında oturan xanım sərnişin onunla yerlərini dəyişməyə razılaşıb. Lakin təyyarə bələdçisi onları öz yerlərinə qaytarıb. Kimerov öz kreslosunda fiziki olaraq yerləşə bilmədiyi üçün ayağını gediş-gəliş tərəfə uzadıb. Bu zaman stüardessa polis çağıraraq, ondan yazılı şikayət edib. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları voleybolçunu zorla təyyarənin salonundan çıxarıblar.

"Fakel"in baş məşqçisi Nikolay Kapranov baş verənləri xoşagəlməz hal adlandırsa da, məhkəməyə müraciət etməyəcəklərini bildirib. Kimerov Moskvaya 40 dəqiqə sonra başqa reyslə uçub.

Qeyd edək ki, Aleksandr Kimerov Rusiya yığmasının heyətində "Bakı 2015" I Avropa Oyunlarının bürünc mükafatçısı olub.

Video: RBK

Son xəbərlər

Orphus sistemi