"Azəryol" klubunun CEV Kubokundakı növbəti rəqibi müəyyənləşib

"Azəryol" klubunun CEV Kubokundakı növbəti rəqibi müəyyənləşib Oyunların dəqiq tarixi yaxın günlərdə açıqlanacaq
Komanda
17 Dekabr , 2015 09:47
Azəryol klubunun CEV Kubokundakı növbəti rəqibi müəyyənləşib

Bakı. 17 dekabr. REPORT.AZ/ Voleybolçu qadınlardan ibarət "Azəryol" klubunun CEV Kubokunun 1/4 finalındakı rəqibi müəyyənləşib. "Report"un məlumatına görə, bu, Polşanın "Polski Kukyer" komandasıdır. 

"Polski Kukyer" 1/8 finalda Sloveniyanın "Nova KBM" klubunu evdə 3:1, səfərdə isə 3:2 hesabı ilə üstələyib. 1/4 final matçları 19 - 21 yanvarda və 26 - 28 yanvarda keçiriləcək. Oyunların dəqiq tarixi yaxın günlərdə açıqlanacaq. 

Qeyd edək ki, "Azəryol" 1/8 finalda Finlandiya "Salo"sunu səfərdə 3:0, evdə isə 3:2 hesabı ilə yenib. 

Son xəbərlər

Orphus sistemi