Yuxarı
    Bağlamaq

    ​"Azəryol" klubu CEV Kubokunda cavab görüşünə çıxacaq

    Rəqib Finlandiyanın Salo komandasıdır

    Bakı. 16 dekabr. REPORT.AZ/ Bu gün qadın voleybolçulardan ibarət "Azəryol" klubu CEV Kubokunda növbəti görüşünü keçirəcək. "Report"un məlumatına görə, 1/8 final mərhələsinin cavab oyununda rəqib Finlandiyanın "Salo" komandası olacaq.

    İlk görüş Bakı klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxtda da üstünlük "Azəryol"un tərəfində olarsa, Azərbaycan təmsilçisi 1/4 finala yüksələcək. Belə olan halda baş məşqçi Ziya Rəcəbovun komandasının rəqibi "Kukier Muşina" (Polşa) və "Nova KBM Branik" (Sloveniya) cütünün qalibi olacaq.

    Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək. Oyunun hakimləri türkiyəli Cihat Fırıncıoğlu və ukraynalı Aleksey Skibitski olacaq.

    Qeyd edək ki, "Azəryol" mərhələ keçəcəyi təqdirdə, 1/4 finalda ilk görüşünü səfərdə keçirəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi