Yuxarı
    Bağlamaq

    “Azəryol” finalın bir addımlığında CEV Kuboku ilə vidalaşıb

    Bakı klubu Krasnodar “Dinamo”suna məğlub olub

    Bakı. 12 mart. REPORT.AZ/ Azərbaycanın qadınlardan ibarət voleybol klubu “Azəryol” CEV Kubokunun yarımfinal oyunu çərçivəsində Bakıda Krasnodarın “Dinamo” klubu ilə cavab qarşılaşmasına çıxıb.

    “Report” xəbər verir ki, ev sahibləri yalnız ikinci setdə rəqibə müqavimət göstərə biliblər.

    Buna baxmayaraq “Azəryol” 3:0 hesabı ilə məğlub olub və finalın bir addımlığında turnirlə vidalaşıb.

    İlk oyun da məhz 3:0 hesabı ilə Rusiya klubunun xeyrinə olmuşdu.

    CEV Kuboku. Qadınlar. Yarımfinal. II matç

    “Azəryol” (Bakı, Azərbaycan) — “Dinamo” (Krasnodar, Rusiya) — 0:3 (17:25, 25:27, 17:25).

    Digər yarımfinal qarşılaşması İstanbulda “Qalatasaray” (Türkiyə) və “Şveriner” (Almaniya) arasında keçirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi