Yuxarı

​"Azərreyl" və "Lokomotiv" klubları Çempionlar Liqasında məğlub olub

Komandalar Rusiya və Almaniya klublarından zəif olublar

Bakı. 10 dekabr. REPORT.AZ/ Qadın voleybolçulardan ibarət "Azərreyl" və "Lokomotiv" klubları Çempionlar Liqasında növbəti oyunlarını keçiriblər.

"Report"un məlumatına görə, komandalardan biri Bakıda, digəri isə Almaniyanın Ştutqart şəhərində meydana çıxıb.

"A" qrupunda keçirilmiş hər iki görüşdə təmsilçilərimiz eyni hesablı məğlubiyyətlə üzləşib. "Azərreyl" Rusiyanın "Dinamo" (Kazan) komandasını ikinci, "Lokomotiv" isə Almaniyanın "Ştutqart" klubunu üçüncü setdə yenə bilib. Bu nəticələrdən sonra "Dinamo" xallarını 15-ə çatdıraraq, qrup lideri kimi mərhələ adlayıb. "Lokomotiv" 6 xalla 2-ci pillədə yer alır. "Azərreyl" və ilk qələbəsinə imza atan "Ştutqart" isə hərəyə 3 xalla sonrakı 2 yeri bölüşür.

Çempionlar Liqası, qrup mərhələsi

"A" qrupu

"Azərreyl" (Azərbaycan) - "Dinamo" (Kazan, Rusiya) - 1:3 (20:25, 25:21, 21:25, 17:25)

"Ştutqart" (Almaniya) - "Lokomotiv" (Azərbaycan) - 3:1 (25:23, 26:24, 16:25, 25:16).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi