"Azərreyl" və "Abşeron" qələbə qazanıb

"Azərreyl" və "Abşeron" qələbə qazanıb Digər qarşılaşmada isə “Abşeron” UNEC-ə şans verməyib - 3:0
Komanda
18 Fevral , 2022 19:15
Azərreyl və Abşeron qələbə qazanıb

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında III dövrəyə start verilib.

"Report"un məlumatına görə, VII turun ilk oyununda “Azərreyl” “Murov”u 3:1 (25:19, 25:21, 16:25, 25:21) hesabı ilə məğlub edib.

Digər qarşılaşmada isə “Abşeron” UNEC-ə şans verməyib - 3:0 (25:12, 25:16, 25:19).

Qeyd edək ki, “Abşeron” 21 xalla turnir cədvəlinə başçılıq edir. 11 xala malik “Azərreyl” ikinci, 6 xalı olan "Murov" isə üçüncüdür. Sonuncu olan UNEC-in hesabında 4 xal var.

Son xəbərlər

Orphus sistemi