"Azərreyl" klubu Avropa kubokları ilə vidalaşıb

"Azərreyl" klubu Avropa kubokları ilə vidalaşıb Azərbaycan təmsilçisi Norveç klubuna "qızıl set"də uduzub
Komanda
22 Yanvar , 2015 20:10
Azərreyl klubu Avropa kubokları ilə vidalaşıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycanın voleybolçu qadınlardan ibarət "Azərreyl" klubu Çelenc Kubokunda mübarizəni dayandırıb. "Report"un məlumatına görə, baş məşqçi Vüqar Əliyevin komandası 1/8 finalda Norveçin "Stod Volley" səddini keçə bilməyib.

Bakıdakı Voleybol Mərkəzində keçirilən cavab görüşündə "Azərreyl" "qızıl set"də uduzub. Norveçdəki ilk görüşdə 1:3 hesabı ilə yenilən Azərbaycan təmsilçisi təkrar qarşılaşmanın əsas bölümündə üstün olub - 3:0 (25:19, 25:20, 25:21). Qaydalara görə, bu halda, əlavə yarım set təyin olunub. "Qızıl set" adlanan set gərgin alınıb. Yekunda "Azərreyl" 16:18 hesabı ilə uduzaraq Çelenc Kuboku ilə vidalaşıb.

Qeyd edək ki, daha öncə "Lokomotiv" CEV Kubokunda mübarizəni 1/4 finalda dayandırıb. 

Son xəbərlər

Orphus sistemi