"Azerreyl"in baş məşqçisi: "Rəhbərlik qarşıma final vəzifəsi qoyub"

"Azerreyl"in baş məşqçisi: "Rəhbərlik qarşıma final vəzifəsi qoyub" Hazırda pendemiya səbəbindən məşqlər dayandırılıb. Komanda üzvləri ilə mütəmadi danışırıq. Hamısı öz evlərində məşqlərini edir, ölkələrində olanlar da həmçinin. Mənə əsasən onların fiziki hazırlığı lazımdır.
Komanda
24 İyun , 2020 12:30
Azerreylin baş məşqçisi: Rəhbərlik qarşıma final vəzifəsi qoyub

"Hazırda pendemiya səbəbindən məşqlər dayandırılıb. Komanda üzvləri ilə mütəmadi danışırıq. Hamısı öz evlərində məşqlərini edir, ölkələrində olanlar da həmçinin. Mənə əsasən onların fiziki hazırlığı lazımdır".

Bu fikirləri "Report"a açıqlamasında "Azerreyl"in baş məşqçisi Famil Ağayev deyib.

Mütəxəssis voleybolçuların fiziki hazırlıqlarına diqqət yetirdiyini bildirib. Ağayev heyətə cəlb edilən yeni voleybolçulardan razı olduğunu sözlərinə əlavə edib: "Hazırda heyətimizdə 5 əcnəbi oyunçu var. Digərləri milli komandanın üzvləridir. Ümumilikdə 12 voleybolçumuz var. Hələ ki başqa oyunçu gətirməyi düşünmürük, bunlar bizi qane edir. Qismət olsa, bəlkə daha bir oyunçu alarıq. Bu da oyunlardan asılıdır. Avrokubokda bir neçə mərhələ keçsək, nəsə etmək olar. İndiki məqamda isə demək olar, transferlər bitib".

Baş məşqçi komandanın Çağırış Kubokunda iştirak etmək istədiyini söyləyib: "Orada çətin rəqiblər olur. Qrup mərhələsi yoxdur, ilk raundda daha güclü kollektivlə qarşılaşa bilərik. Hazırda "Türk Hava Yolları" da bu turnirdədir və yaxşı komandadır. İtaliyanın və Polşanın güclü klubları da qatılır. Final mərhələsinə vəsiqə istəyiriksə, bütün komandalarla görüşməliyik".

Ağayev klub rəhbərliyinin avrokubokda komandanın qarşısına qoyduğu məqsədi də açıqlayıb: "Klub rəhbərliyinin mənim qarşıma qoyduğu məqsəd finala kimi getməkdir. İlk "4-lüy"ə düşmək istəyirik".

Son xəbərlər

Orphus sistemi