Azərbaycan klubunun baş məşqçisi Çempionlar Liqasındakı qələbədən danışıb

Azərbaycan klubunun baş məşqçisi Çempionlar Liqasındakı qələbədən danışıb Famil Ağayev: "Oyunçularımız xarakter və əsl komanda ruhu nümayiş etdirdi"
Komanda
16 Dekabr , 2016 09:43
Azərbaycan klubunun baş məşqçisi Çempionlar Liqasındakı qələbədən danışıb

Bakı. 16 dekabr. REPORT.AZ/ "Azarkeşlərimizə qələbə sevinci yaşatdığımız üçün şadıq". 

"Report"un məlumatına görə, bunu qadın voleybolçulardan ibarət "Azərreyl" komandasının baş məşqçisi Famil Ağayev Çempionlar Liqasının qrup mərhələsində Polşanın "Dabrova Qornitsa" klubu üzərində 3:1 hesablı qələbə qazandıqları ilk tur oyunundan sonra deyib. 

Gənc mütəxəssis güclü rəqib üzərində çox önəmli qələbə qazandıqlarını bildirib: "Oyunçularımız xarakter və əsl komanda ruhu nümayiş etdirdi".

"Dambrova Qornitsa"nın baş məşqçisi Xuan Manuel Serramalera isə ağır oyunda əsas oyunçularından birinin xidmətindən zədə üzündən yararlana bilmədiklərini söyləyib. Lakin Serramaleranın fikrincə, bu itki məğlubiyyətə haqq qazandırmır: "Komandanın oyununu yüksəltmək üçün potensialımız var. Bunu növbəti oyunlarda ortaya qoyacağımıza ümid edirik". 

Qeyd edək ki, "Azərreyl" C qrupunda növbəti görüşünü yanvarın 11-də Türkiyədə "Fənərbağça"ya qarşı keçirəcək. 

Son xəbərlər

Orphus sistemi