“Azərreyl” daha bir oyunçusu ilə müqaviləni uzatdı

“Azərreyl” daha bir oyunçusu ilə müqaviləni uzatdı “Azərreyl” klubu daha bir voleybolçusu ilə müqavilənin müddətini uzadıb.
Komanda
1 İyul , 2020 14:18
“Azərreyl” daha bir oyunçusu ilə müqaviləni uzatdı

“Azərreyl” klubu daha bir voleybolçusu ilə müqavilənin müddətini uzadıb. 

"Report"un məlumatına görə, Bakı təmsilçisi Tovuz Ələkbərova ilə anlaşıb. 17 yaşlı libero daha bir mövsüm komandada çıxış edəcək. 

Qeyd edək ki, Tovuz Ələkbərova “Azərreyl”in yetirməsidir. Komanda daha əvvəl Moytsa Pene, Anastasiya Mertsalova, Kseniya Pavlenko və Valeriya Kondratyeva ilə müqaviləni yeniləyib. 

"Azərreyl" Romana Hudeçova, Braun Kazmiere, Anna Nyusom, Yuliya Kərimova və Anastasiya Bessonovanı heyətinə qatıb. 

Son xəbərlər

Orphus sistemi