Azərbaycanlı voleybolçu: "Hədəfimiz İslamiadanın qalibi olmaqdır"

Azərbaycanlı voleybolçu: "Hədəfimiz İslamiadanın qalibi olmaqdır" "İlk növbədə qrupdan çıxmağı fikirləşirik. Hədəfimiz İslamiadanın qalibi olmaqdır. Necə olacağını birlikdə görəcəyik".
Komanda
9 Avqust , 2022 12:50
Azərbaycanlı voleybolçu: Hədəfimiz İslamiadanın qalibi olmaqdır

"İlk növbədə qrupdan çıxmağı fikirləşirik. Hədəfimiz İslamiadanın qalibi olmaqdır. Necə olacağını birlikdə görəcəyik".

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Aqil Ağazadə V İslam Həmrəyliyi Oyunlarının I turunda Sudana 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Ağazadə qələbə qazanmağın xoş olduğunu bildirib: "Rəqib elə də güclü deyildi. Amma növbəti rəqiblərimiz daha yaxşı olacaq. Həmin görüşlərə tam güclə hazırlaşıb qələbə qazanmaq lazımdır".

Oyunçu ilk setdə asan qələbə qazandıqlarını söyləyib: "İlk setə əsas heyətlə çıxmışdıq. Sonra gənclərə daha çox şans verildi".

Voleybolçu Avropa çempionatının seçmə mərhələsində Türkiyə və Danimarkaya uduzduqlarını xatırlayıb: "Avropa çempionatının təsnifat mərhələsində rəqiblərimizin güclü olduğunu bilirdik. Türkiyə seçməsinin hansı səviyyədə olduğu hamıya bəllidir. Danimarka ilə görüşdə pis oynamadıq. Qalib gələ bilərdik. Amma alınmadı. İslamiadadan sonra bu komandalarla səfərdə cavab görüşlərimiz olacaq".

Son xəbərlər

Orphus sistemi