Azərbaycanlı məşqçinin komandası İndoneziya çempionu elan olundu

Azərbaycanlı məşqçinin komandası İndoneziya çempionu elan olundu Azərbaycan voleybolçuları - Odina Əliyeva və Natalya Məmmədova şərəfini qoruduğu İndoneziyanın “Cakarta” klubu ilə çempion tituluna yiyələniblər.
Komanda
348
20 Aprel , 2020 20:00
Azərbaycanlı məşqçinin komandası İndoneziya çempionu elan olundu

Azərbaycan voleybolçuları - Odina ƏliyevaNatalya Məmmədova şərəfini qoruduğu İndoneziyanın “Cakarta” klubu ilə çempion tituluna yiyələniblər.

"Report" Azərbaycan Voleybol Federasiyasının rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, həmyerlimiz Ziya Rəcəbovun rəhbərlik etdiyi komanda İndoneziya Voleybol Federasiyasının qərarı ilə ölkənin ən güclüsü elan olunub.

Buna səbəb onların müntəzəm çempionatda bütün rəqiblərini üstələməsi olub. Nəticədə koronavirus pandemiyasına görə dayandırılan yarış təmsilçilərimizin çıxış etdiyi “Cakarta”nın birinci olması ilə yekunlaşıb.

Odina Əliyeva isə birinci raundun bombardiri, ən yaxşı hücumçu və liqanın ən dəyərli oyunçusu seçilib.

Son xəbərlər

Orphus sistemi