“Yaş qrupları arasında dünya yarışları yaxşı keçdi və biz hər şeydən həzz aldıq”.
“Report” xəbər verir ki, bunu gimnast Samirə Hüseynova deyib.
Onun sözlərinə görə, böyük uğurlar üçün daha çox çalışmaq lazımdır: “Böyük dəstəyə görə Azərbaycan Gimnastika Federasiyasına, məşqçimizə təşəkkür edirik”.
Digər gimnast Ayan Şabanova isə bildirib ki, yaş qrupları arasında dünya yarışlarına hazırlıq yaxşı keçib: “İkinci yeri tutanda çox sevindik. Gələn il Avropa çempionatında iştirak edəcəyik, birinci yeri tutmaq üçün ciddi hazırlaşacağıq”.
İbrahim Mustafazadə və Əmmar Baxşəliyev yarışların gözəl keçdiyini qeyd ediblər: “Yaş qrupları arasında dünya yarışlarında yaxşı nəticələr göstərdik. Məşqçilərimizə təşəkkür edirik, onların ümidlərini doğrultmağa çalışdıq. Ümid edirik ki, qarşıdan gələn Avropa çempionatında birinci yeri tutacağıq”.
Qeyd edək ki, Böyük Britaniyanın Birmingem şəhərində batut gimnastikası və tamblinq üzrə 30-cu dünya yaş qrupları yarışları, eləcə də gənclər arasında 1-ci dünya çempionatında uğurla çıxış edən Azərbaycan yığmasının üzvləri Vətənə dönüblər.