Yuxarı

​Azərbaycanın voleybol yığması Avropa Liqasında İspaniyaya da qalib gəlib

Görüş 3:1 hesabı ilə başa çatıb

Bakı. 5 iyun. REPORT.AZ/ Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında qrup mərhələsinin ilk dövrəsinin son oyununa çıxıb.

"Report"un məlumatına görə, rəqib İspaniya yığması olub.

"B" qrupuna təsadüf edən qarşılaşma millimizin qələbəsi ilə yekunlaşıb - 3:1. Bununla da Faiq Qarayevin yetirmələri ilk dövrəni 9 xalla qrup lideri kimi başa vurublar. Digər görüşdə ev sahibi Monteneqro Fransaya qalib gələ bilməsə, Azərbaycan millisinin ən yaxın izləyicisi ilə 3 xallıq fərqi daha da böyüyəcək.

Qeyd edək ki, "B" qrupunda ikinci dövrə qarşılaşmaları 10-12 iyunda Fransanın Renn şəhərində təşkil olunacaq.

Avropa Liqası, "B" qrupu, III tur

İspaniya - Azərbaycan - 1:3 (16:25, 25:23, 17:25, 16:25)

Hakimlər: Alina Felisia Sukyu (Rumıniya), Mixael Yanoş (Avstriya)

Bar, "Topolitsa" idman sarayı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi