​Azərbaycanın voleybol millisi Avropa çempionatı ilə vidalaşıb

​Azərbaycanın voleybol millisi Avropa çempionatı ilə vidalaşıb Yığma sonuncu oyunda Macarıstana məğlub olub
Komanda
28 Sentyabr , 2015 22:35
​Azərbaycanın voleybol millisi Avropa çempionatı ilə vidalaşıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandası Belçika və Hollandiyada keçirilən Avropa çempionatı ilə erkən vidalaşıb.

"Report"un məlumatına görə, Bülent Karslıoğlunun rəhbərliyi altında çıxış edən millimiz "B" qrupundakı son matçında Macarıstana uduzub - 1:3.

Komandamız yalnız ikinci hissəni çətinliklə üstün başa vura bilib - 28:26. Macarıstan isə ilk setdə 25:16, üçüncü setdə 25:22 və sonuncuda 16:25 hesabı ilə qalib gəlib.

Beləliklə, əvvəlki qarşılaşmalarında da Türkiyə və Belçikaya 0:3 hesabı ilə uduzan millimiz çempionatı 3 məğlubiyyətlə qrup sonuncusu kimi başa vurub. Macarıstan "pley-off" mərhələsinə yüksəlib.

Qeyd edək ki, Avropa çempionatı öncəsi Azərbaycan millisinin Faiq Qarayevin rəhbərliyi altında çıxış edəcəyi bildirilirdi. Lakin F.Qarayev səhhətindəki problemlərlə əlaqədar yerini türkiyəli Bülent Karslıoğluna verib.

Son xəbərlər

Orphus sistemi