Azərbaycanın voleybol milliləri seçmə mərhələdə oyun keçirəcək

Azərbaycanın voleybol milliləri seçmə mərhələdə oyun keçirəcək Azərbaycanın voleybol milliləri Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarından sonra Avropa çempionatının seçmə mərhələsində çıxış edəcəklər.
Komanda
20 Avqust , 2022 09:06
Azərbaycanın voleybol milliləri seçmə mərhələdə oyun keçirəcək

Azərbaycanın voleybol milliləri Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarından sonra Avropa çempionatının seçmə mərhələsində çıxış edəcəklər.

"Report"un məlumatına görə, İslamiadanın bürünc medalçısı olan qadın millisi bu gün seçmə mərhələdə ilk matçına çıxacaq. Rəqib qonşu Gürcüstan yığması olacaq. Oyun Bakıdakı Voleybol Mərkəzində baş tutacaq.

Kişi millisi isə AÇ-nin təsnifat mərhələsində 3-cü matçına çıxacaq. Azərbaycan millisi ilk iki matçında Bakıda rəqiblərinə uduzub. Bu dəfə rəqib Bakıda 1:3 hesabı ilə uduzduğu Danimarka millisi olacaq. Oyun Danimarkanın Midlfart şəhərində keçiriləcək.

Avropa çempionatının seçmə mərhələsi (qadınlar)
18:00 Azərbaycan – Gürcüstan

Avropa çempionatının seçmə mərhələsi (kişilər)
21:00 Danimarka – Azərbaycan

Son xəbərlər

Orphus sistemi