Yuxarı
    Bağlamaq

    Azərbaycanın və Misirin Şahmat federasiyaları arasında əməkdaşlıq müqaviləsi imzalanıb

    Müqaviləyə əsasən, şahmatın inkişafı istiqamətində birgə layihələr həyata keçiriləcək

    Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın və Misirin Şahmat federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

    "Report" xəbər verir ki, müqaviləni Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov və Misir Şahmat Federasiyasının prezidenti Haşem Elgendani imzalayıblar.

    Müqaviləyə əsasən, şahmatın inkişafı istiqamətində birgə layihələr həyata keçiriləcək, qarşılıqlı təlim-məşq toplanışları və hakimlər arasında təcrübə mübadiləsi aparılacaq.

    İmzalanma mərasimindən sonra sualları cavablandıran Elman Rüstəmov sənədin əhəmiyyətini vurğulayaraq deyib: "Biz bu müqavilədən əvvəl də Misir ilə əməkdaşlıq edirdik. Lakin indi bunu rəsmiləşdirdik. Müqaviləyə əsasən, şahmatçılar Azərbaycanda və ya Misirdə təlim-məşq toplanışlarında iştirak edəcəklər. Bununla yanaşı, hakimlərimiz arasında təcrübə mübadiləsi aparılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi