Azərbaycanın qadınlardan ibarət basketbol millisi Avropa Kubokuna vəsiqə qazanıb

Azərbaycanın qadınlardan ibarət basketbol millisi Avropa Kubokuna vəsiqə qazanıb Qadınlardan ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində final oyununa çıxıb.
Komanda
9 İyun , 2024 22:13
Azərbaycanın qadınlardan ibarət basketbol millisi Avropa Kubokuna vəsiqə qazanıb

Qadınlardan ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində final oyununa çıxıb.

"Report"un məlumatına görə, yığma Kipr seçməsi ilə üz-üzə gəlib.

Komandamız rəqibini 21:12 hesabı ilə məğlub edərək Avropa Kubokuna vəsiqə qazanıb.

Qeyd edək ki, əsas mərhələ 22-25 avqustda Avstriyanın paytaxtı Vyanada olacaq.

Son xəbərlər

Orphus sistemi