Azərbaycanın qadın voleybolçuları Polşanı məğlub edib

Azərbaycanın qadın voleybolçuları Polşanı məğlub edib Hesab 3:0 hesabı ilə başa çatıb
Komanda
24 Sentyabr , 2017 20:19
Azərbaycanın qadın voleybolçuları Polşanı məğlub edib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında növbəti qələbəsini qazanıb.

"Report"un məlumatına görə, A qrupunda yer alan Faiq Qarayevin yetirmələri bu dəfə Polşaya heç bir şans verməyib - 3:0.

Milli Gimnastika Arenasında təşkil olunmuş qarşılaşmanın ilk setində meydan sahibləri elə də çətinlik çəkmədən üstün olublar. Növbəti setlərdə isə rəqib ciddi müqavimət göstərib. Lakin Azərbaycan millisi üstünlüyünü əldən verməyib.

Beləliklə, Macarıstanın ardından Polşanı da yenən Faiq Qarayevin komandası 6 xalla qrup liderinə çevrilib.

18:00. Azərbaycan - Polşa 3:0 (25:14, 25:21, 25:23) 

Son xəbərlər

Orphus sistemi