Azərbaycanın qadın basketbol millisi bu gün İrlandiya ilə qarşılaşacaq

Komanda
  • 14 noyabr, 2026
  • 09:44
Azərbaycanın qadın basketbol millisi bu gün İrlandiya ilə qarşılaşacaq

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.

"Report"un məlumatına görə, yığma A qrupundakı ikinci matçında İrlandiya seçməsini qəbul edəcək.

Görüş saat 15:00-da, Milli Gimnastika Arenasındakı baş tutacaq.

Xatırladaq ki, Azərbaycan komandası qrupdakı ilk oyununda İsveçrəyə 33:84 hesabı ilə uduzub.