Azərbaycanın kişi voleybol yığması son matçında da uduzub

Azərbaycanın kişi voleybol yığması son matçında da uduzub Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.
Komanda
20 Avqust , 2022 23:30
Azərbaycanın kişi voleybol yığması son matçında da uduzub

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

"Report"un məlumatına görə, A qrupunda yer alan yığma seçmə mərhələnin son matçında Danimarka ilə qarşılaşıb.

Matç rəqibin üstünlüyü ilə başlayıb. İlk setdə 25:19 hesabı ilə qalib gələn Danimarka millisi sonrakı hissələri də aktivinə yazıb - 25:19, 25:15. Nəticədə rəqib 3 xalı 3:0 hesablı qələbə ilə əldə edib.

A qrupunun birincisi 10 xalla Türkiyə yığması olub. Danimarka 8 xalla ikinci, oyunları xalsız başa vuran Azərbaycan millisi isə turnir cədvəlində sonuncu olub.

Qeyd edək ki, ümumilikdə təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.

AVRO-2023-ün təsnifat mərhələsi
A qrupu
3 avqust

Azərbaycan - Danimarka - 1:3 (22:25, 25:23, 16:25, 16:25)

6 avqust
Azərbaycan - Türkiyə - 0:3 (11:25, 20:25, 16:25)

17 avqust
Türkiyə - Azərbaycan - 3:0 (25:15, 25:16, 25:19)

20 avqust
Danimarka - Azərbaycan - 3:0 (25:19, 25:19, 25:15).

Son xəbərlər

Orphus sistemi