Azərbaycanın kişi basketbolçuları Avropa Kubokuna vəsiqə qazanıb - YENİLƏNİB

Azərbaycanın kişi basketbolçuları Avropa Kubokuna vəsiqə qazanıb - YENİLƏNİB Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində növbəti görüşünə çıxıb.
Komanda
9 İyun , 2024 22:49
Azərbaycanın kişi basketbolçuları Avropa Kubokuna vəsiqə qazanıb - YENİLƏNİB

Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində final görüşünə çıxıb.

"Report" xəbər verir ki, yığma Kipr seçməsi ilə üz-üzə gəlib.

Komanda rəqibini 20:18 hesabı ilə üstələyərək Avropa Kubokuna vəsiqə qazanıb.

Qeyd edək ki, əsas mərhələ 22-25 avqustda Avstriyanın paytaxtı Vyanada olacaq.

Xatırladaq ki, daha əvvəl qadınlardan ibarət milli də final mərhələsinə yüksəlib.

21:43

Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində növbəti görüşünə çıxıb.

"Report" xəbər verir ki, yığma yarımfinalda İrlandiyaya 21:12 hesabı ilə qalib gəlib.

Komanda finalda Kipr ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi