​Azərbaycanın karate üzrə milli komandası Avropa çempionatında iştirak edəcək

​Azərbaycanın karate üzrə milli komandası Avropa çempionatında iştirak edəcək Yarışa 49 ölkədən 433 idmançı qatılacaq
Komanda
16 Mart , 2015 09:29
​Azərbaycanın karate üzrə milli komandası Avropa çempionatında iştirak edəcək

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycanın karate üzrə milli komandası martın 19-da İstanbulda start götürəcək 50-ci Avropa çempionatında iştirak edəcək. "Report" xəbər verir ki, baş məşqçi, əməkdar məşqçi Rəhman Hətəmova onun köməkçisi, böyük məşqçi Rəşad Hüseynov, fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov, gənclərin böyük məşqçisi Şahin Xudaverdiyev, yeniyetmələrin böyük məşqçisi Anar Allahverdiyev və Denis Morozov kömək edəcəklər.

Milli komanda kumite yarışlarında ilk dəfə tam heyətlə çıxış edəcək. Ötən il zədə səbəbindən Avropa çempionatından kənar qalan Rafael Ağayev (-75 kq) də bu dəfə növbəti titulunu qazanmağa çalışacaq. Firdovsi Fərzəliyev (-60 kq), Niyazi Əliyev (-67 kq), Ayxan Mamayev (-84 kq) və Şahin Atamov, həmçinin qızlar arasında Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Aytən Səmədli (+68 kq) fərdi yarışlarda mübarizə aparacaqlar. Komanda çempionatına Tural Ağalarzadə, Pənah Abdullayev, Asiman Qurbanlı, Orxan Heydərli, Rafael Ağayev və Şahin Atamov qatılacaq. Qızlar da komanda yarışlarında çıxış edəcəklər.

Kata üzrə böyük məşqçi Vahid Ayvazov Tural Balcanlı ilə Adilə Qurbanovanın çıxışına üstünlük verib. Azərbaycanlı beynəlxalq referilər Cahangir Babayev, Yusif Məmmədov, Rənad Əliyev, Vüqar Kərimov və Nərgiz Mehdiyeva Avropa çempionatını idarə edən hakimlər arasında olacaq.

Qeyd edək ki, martın 22-də başa çatacaq yarışda 49 ölkədən 433 idmançı iştirak edəcək. 50-ci Avropa çempionatının nəticəsinə uyğun olaraq "Bakı 2015" I Avropa Oyunlarına vəsiqə qazanılacaq.

Son xəbərlər

Orphus sistemi